Rusiyanın paytaxtı Moskva şəhərində miqrantlar arasında kütləvi dava olub.

Leqal.info xəbər verir ki, Moskvanın Solntsevo rayonunda yerləşən "Luçi" yaşayış kompleksində mühafizəçilərlə inşaatda çalışan fəhlələr arasında kütləvi davada Orta Asiyadan olan miqrantlar iştirak ediblər.

Kütləvi dava zamanı xəsarət alanların olduğu bildirilib.

Hazırda Moskva polisi tikintinin getdiyi ərazidə baş verən insidenti araşdırır.

Leqal.info