Leqal.info xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib.
Belə ki, hərəkətdə olan “VAZ- 21099”-la “VAZ-2106” markalı minik maşını toqquşub.
Daha sonra “ VAZ-2106” yol kənarında dayanan “Mercedes“ markalı minik maşınına çırpılıb.
Xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Elvin Mahmudlu
Leqal.info