Pirallahı sakini özünü binadan ataraq öldürüb.

Leqal.info xəbər verir ki, Səməd Vurğun küçəsində yaşayan 1972-ci il təvəllüdlü Akif Muradov evinin eyvanından özünü atıb.

Sözügedən şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info