Tovuzda yol nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Tovuz çayının üzərində yerləşən körpünün yaxınlığında baş verib. Hərəkətdə olan iki "VAZ " markalı minik maşınları toqquşub.

Qəza zamanı xəsarət alan 1977-ci il təvəllüdlü Rövşən Novruzov və 1995-ci il təvəllüdlü Firdovsi Əşrəfov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info