Ağcabədidə yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Poladlı kəndində baş verib.

Hərəkətdə olan "VAZ 2106" markalı avtomobillə "QAZel" markalı yük maşını toqquşub.

Qəza zamanı hər iki avtomobildə olan sərnişinlər, 1979-cu il təvəllüdlü Quliyeva Yasəmən Məmməd qızı, 1998-ci il təvəllüdlü Ələsgərova Rəqsanə Natiq qızı, 1982-ci il təvəllüdlü Nayibov Kənan Əvəz oğlu və Nəcəfov Rəvan Gülşad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info