Oğuzda minik avtomobilləri toqquşub, 1 nəfər xəsarət alıb.

Leqal.info xəbər verir ki, hadisə şəhərin girişində qeydə alınıb. Qəza zamanı iki minik avtomobili toqquşub.

İlkin məlumata əsasən, avtomobildə olan sərnişin, rayonun Yaqublu kənd sakini - 1995-ci il təvəllüdlü Nurəhməd Nərman oğlu Mövlamov müxtəlif dərəcəli xəsarət alıb. N. Mövlamova lazımi ilkin tibbi yardım göstərilib.

O müayinə edilməsi üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info