Masallıda 21 yaşlı oğlan özünü gölə ataraq intihar edib.

Leqal.info xəbər verir ki, 2004-cü il təvəllüdlü Sənan Muradov özünü yaşadığı Kolatan kəndinin ərazisində yerləşən Böyük Kolatan gölünə atıb.

Nəticədə Sənan Muradov boğularaq ölüb.

Onun meyiti kənd sakinləri tərəfindən göldə tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info