Lənkəranda evdə meyit tapılıb.

Leqal.info xəbər verir ki, bu gün səhər Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərin birində 1959-cu il təvəllüdlü Bayraməli Şikar oğlu Nəcəfovun meyiti aşkarlanıb.

Məlumata əsasən, ondan 20 günə yaxındır xəbər olmayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Elvin Mahmudlu
Leqal.info