Leqal.info “UNIAN“a istinadən xəbər verir ki, bunu hakim “Xalqın Xidmətçisi” partiyasının iclasında Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Ukrayna lideri bildirib ki, sabiq ədliyyə naziri D.Malyuskanın yeni vəzifəsini açıqlaya bilməz. Bundan başqa, prezidentin sözlərinə əsasən, ədliyyə naziri postundan onun özü ayrılmaq istəyib.
V.Zelenski, həmçinin Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini Olqa Stefanişinanın işindən razılıq ifadə edib.
Toplantıda müzakirə edilən məsələlər arasında ölkəni tərk edən ukraynalıların geri qaytarılması ilə məşğul olacaq nazirliyin yaradılması da olub.
Lakin sözügedən quruma rəhbərlik edəcək şəxsin adı açıqlanmayıb.
Leyla Kamil
Leqal.info