Hacıqabulda avtomobil qəzaya uğrayıb, sərnişin ağır yaralanıb.

Leqal.info xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralında Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib.

"Hyundai" markalı avtomonil idarəetməni itirərək aşıb. Avtomobildə olan sürücünün atası müxtəlif dərəcəli xəsarətlərlə komatoz vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info