"İraqın İslam Müqaviməti" adlı hərəkatı ABŞ-ın İordaniya-Suriya sərhədindəki hərbi bazasına pilotsuz uçan aparatla endirilən zərbənin məsuliyyətini öz üzərinə götürüb.

Leqal.info xəbər verir ki, bu barədə “The Washington Post“ adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Nəşrin adının çəkilməsini istəməyən həmsöhbəti bildirib ki, bir neçə qrupu birləşdirən hərəkat hücuma görə məsuliyyəti öz üzərinə götürür.

Xatırladaq ki, ABŞ-ın İordaniya-Suriya sərhədindəki hərbi bazasına hücum zamanı 3 amerikalı hərbçi ölüb, 30-dan çoxu yaralanıb.

Leqal.info