Leqal.info xəbər verir ki, nazir Ceyhun Bayramov, sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımların, o cümlədən regiondan uzaq yerləşən dövlətlərin öz birtərəfli mövqelərini bölgəyə proyeksiya etmək cəhdlərinin prosesə maneə törətdiyini bildirib.
Bu istiqamətdə, cari ilin 5 aprel tarixində keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransının bu cür qeyri-şəffaf və inklüziv olmayan mühitdə təşkili ilə bağlı ölkəmizin mövqeyinin, habelə bu kimi təşəbbüslərin revanşist əhval-ruhiyyənin hökm sürdüyü Ermənistanı yeni təxribatlara təşviq edə biləcəyi ilə bağlı narahatlıqlarımızın aydın şəkildə ifadə olunduğu vurğulanıb.
Leqal.info