Rusiya "Crocus" terroru ilə əlaqədar beynəlxalq məhkəmələrə müraciət edəcək.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə əsasən, Kiyevə antiterrorla bağlı nota göndərdikdən sonra müvafiq sənədlər hazırlanır.

XİN sözçüsü qeyd edib ki, Rusiyanın Ukraynaya terrorla mübarizə ilə bağlı göndərdiyi notada "Crocus"da terror aktı ilə bağlı tələblər yoxdur.

Zaxarova bildirib ki, "Crocus" üzərində hüquq-mühafizə işi tamamlanmalıdır və bu terror aktı ilə bağlı Ukraynaya ayrıca nota göndəriləcək.

Leqal.info