ABŞ və onun satellitləri Ermənistan və Azərbaycanın Rusiyanın köməyi ilə əldə etdiyi razılaşmaların yerinə yetirilməsinə zərər verməyə çalışır.

Leqal.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Minskdə MDB XİN rəhbərləri Şurası iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, kollektiv Qərb Cənubi Qafqazda vəziyyətin sabitləşməsi prosesinə müdaxilə etməyə çalışır. ABŞ Mərkəzi Asiyada da fəaldır, burada Rusiyaya qarşı müxtəlif formatlar yaradılır.

Lavrovun sözlərinə əsasən, Rusiyanın strateji müttəfiqləri böyük təzyiq altındadır, buna baxmayaraq, onlar inteqrasiya strukturlarının - Avrasiya İqtisadi İttifaqı, MDB və KTMT-nin əsaslandığı ümumi dəyərlərə və prinsiplərə sadiq qalırlar.

Rusiya XİN rəhbəri bildirib ki, strateji baxımdan Qərb xəttinin uğursuzluğa məhkumluğundan əmindir.

Elvin Mahmudlu
Leqal.info