Ermənistanın müdafiə naziri Suren Papikyan Çində səfərdədir.

Leqal.info Ermənistan mediasına istinadən xəbər verir ki, Suren Papikyan çinli həmkarı Dong Jun ilə görüşüb.

Görüş zamanı son illər Ermənistanla Çinin müdafiə sahəsində əməkdaşlığı genişləndirdiyi bildirilib.

Müzakirələrdə hər iki ölkə arasında xüsusilə hərbi sahədə tərəfdaşlığın, habelə ikitərəfli görüşlərin əhəmiyyətinə toxunulub.

Müdafiə nazirləri regional və beynəlxalq təhlükəsizliyi də müzakirə edib.

Elvin Mahmudlu
Leqal.info