Leqal.info xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Elçin Əmirbəyov Niderlandın Xarici Ticarət və İnkişaf Əməkdaşlığı naziri Aukje de Vries, Xarici İşlər Nazirliyinin Baş katibi Christiaan Rebergen, Xarici İşlər nazirinin müavini Marcel de Vink, Baş nazirin milli təhlükəsizlik üzrə müavin-müşaviri Jost van Doeteveen, o cümlədən Niderland parlamentinin üzvləri və digər rəsmi şəxslərlə görüşüb.
“Görüşlərdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi, eləcə də ticarət və iqtisadi əməkdaşlıq, su idarəçiliyi, kənd təsərrüfatı və dənizçilik sahələrində imkanlar, həmçinin regional və geosiyasi məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda qeyd olunub.




Leqal.info