“Leqal.info” xəbər verir ki, bu barədə “Mash Sibir” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, alim xərçəngin dördüncü mərhələsi üçün müalicə alırdı.
O, iyunun 30-da Kolker xəstəxanadan çıxarılaraq Moskvadakı Lefortovo istintaq təcridxanasına aparılıb. Bu gün yaxınlarına bildirilib ki, iyulun 2-də Dmitri Kolker xəstəxanada dünyasını dəyişib.
Bundan əvvəl Novosibirsk şəhərinin Sovet Rayon Məhkəməsi Dmitri Kolkeri dövlətə xəyanətdə ittiham edərək həbs edib. O, Çin kəşfiyyatına dövlətin məxfi məlumatlarını verməkdə ittiham olunub.