Mənbə Ankaranın “Suverenlik və Suriya ərazilərinin bütövlüyünə hörmət etmək” niyyətini təsdiqləyib. Eyni zamanda, görüş iştirakçıları Kürdüstan Fəhlə Partiyası ilə əlaqəli kürd birləşmələrinin “ABŞ və İsrailin agentləri olması və Suriya və Türkiyə üçün ən böyük təhlükə törətməsi” ilə bağlı razılığa gəliblər.

Leqal.info vesti.ru-ya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bildirib ki, üçtərəfli görüşdə Suriya böhranının həlli yolları, Ərəb Respublikası ərazisində ekstremist qruplarla mübarizə səyləri, eləcə də qaçqınlar problemi müzakirə olunub.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Dəməşq arasında münasibətlərin gələcəkdə Ankara və Qahirə kimi yaxşılaşa biləcəyini istisna etməyib.
Elvin Mahmudlu
Leqal.info