Sankt-Peterburqda 50000 kv.m sahəni əhatə edən anbar kompleksində yanğın baş verib.

Leqal.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Puşkinski rayonu, Moskva şossesi, 153 ünvanında qeydə alınmış yanğının söndürülməsinə 270 nəfərə yaxın canlı qüvvə və 57 texnika cəlb olunub. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

"Wildberries" onlayn pərakəndə satış mağazasının mətbuat xidməti anbarın şirkətə məxsus olduğunu təsdiqləyib. Bundan başqa, onlar qeyd ediblər ki, satıcılara malın dəyərinə görə kompensasiya ödəniləcək.

Leqal.info