Rusiyanın Orenburq vilayətinin Novotroitsk şəhərində kanalizasiya-nasos stansiyasında partlayış olub.

Leqal.info xəbər verir ki, regionun səlahiyyətliləri və fövqəladə hallar xidməti hadisə nəticəsində ölənlərin olduğunu bildirib.

Ümumilikdə 10 nəfər stansiya binasının dağıntıları altında qalıb. Fövqəladə Hallar Nazirliyi 3 nəfərin həkimlərə çatdırıldığını, 1 nəfərin isə həyat əlaməti olmadan dağıntılar altından çıxarıldığını açıqlayıb.

İlkin məlumatlara əsasən, binanın zirzəmisində metan balonunun partlaması baş verib. Partlayışdan sonra yanğın olmayıb. Regionda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Leqal.info