İstanbulda Santa Mariya kilsəsinə hücumla əlaqədar İŞİD terror təşkilatının üzvü olan 17 şübhəli şəxs saxlanılıb.

Leqal.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Xatırladaq ki, yanvarın 28-də İstanbulun Sarıyer rayonunda Santa Maria Kilsəsində ibadət zaman silahlı hücum baş verib. Kilsəyə daxil olan 2 maskalı şəxs ibadət edən şəxsə silahla hücum edərək onu öldürüblər.

Leqal.info