Qəzzada ölən fələstinlilərin sayı 31 645 nəfərə çatıb.

Leqal.info xəbər verir ki, bu barədə anklavın səhiyyə qurumu məlumat yayıb.

Ötən sutka ərzində İsrail ordusunun Qəzza zolağındakı hərbi əməliyyatları nəticəsində 92 nəfər həlak olub, 130 nəfər yaralanıb.

Bununla da ötən ilin 7 oktyabr tarixindən indiyə qədər Qəzzada ölən fələstinlilərin ümumi sayı 31 645 nəfərə çatıb. Ötən dövr ərzində 73 676 nəfər yaralanıb.

Leqal.info