Cəbrayılda ağır yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Marallı kəndində baş verib. "Mercedes" və "VAZ-2107" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfərin - Mehdi Mehdiyev, Ehtibar Əliyev və Əli Cəfərovun öldüyü bildirilir.

Xəsarət alan 3 nəfər isə Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Elvin Mahmudlu
Leqal.info