Zərdab rayonunun Cilovxanlı kəndində ev yanıb.

Leqal.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli 9 otaqlı evin dam örtüyünün və 6 otağının yanar konstruksiyaları 285 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leqal.info