Xaçmazda ağır yol- nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Yalama kəndi istiqamətində baş verib.

“Mercedes” markalı avtomobil mopedi arxadan vurub, nəticədə mopedin sürücüsü 1991-ci il təvəllüdlü Əliyev Rəhman Ramazan oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info