Ağcabədi rayonunda yanğın hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Bəhrəmtəpə-Mingəçevir magistral yolunun Ağcabədi rayonunun Təzəkənd kəndindən keçən hissəsində baş verib.

Yol kənarında salınmış yaşıllıq massivində yanğın başlayıb. Nəticədə bir neçə irigövdəli ağac yanıb.

Əraziyə dərhal FHN-in Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info