Bakıda 86 yaşlı kişini avtomobil vurub.

Leqal.info xəbər verir ki, hadisə dünən Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Hikmət Əsədov idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobillə 1938-ci il təvəllüdlü İbrahim Mustafayevi vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb.

Elvin Mahmudlu
Leqal.info