Rusiya prezidenti Vladimir Putin Tacikistan prezidenti Emoməli Rəhmonu Böyük Vətən müharibəsində qələbənin 78-ci ildönümünün qeyd edilməsində iştirak etməyə dəvət edib.

Leqal.info TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Putin və Rəhmon arasında telefon danışığının bu gün baş tutduğu bildirilib.

“Hörmətli Vladimir Putin xalq liderini Qələbə Günü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Moskvaya səfərə dəvət edib”, - deyə məlumatda qeyd olunub.

Bundan əlavə, prezidentlərin Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyəti müzakirə etdikləri qeyd olunub.

Leyla Kamil
Leqal.info