İsrail Qəzzanın cənubunda gedən döyüşlərdə 21 əsgərini itirib.

Leqal.info CNN-ə istinadən xəbər verir ki, faktı İsrail ordusu təsdiqləyib.

Məlumata əsasən, bu, İsrailin Qəzza zolağında gedən döyüşlərdə bir dəfəyə ən böyük hərbçi itkisidir.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari televiziyada çıxışında bildirib ki, hərbçilər iki ikimərtəbəli binada baş verən partlayışdan sonra dağıntıların altında qalıblar.

"Bina ehtimal ki, oranı və ətrafdakı infrastrukturu uçurmaq üçün bizim qüvvələrimizin yerləşdirdiyi minaya görə partlayıb", - Daniel Haqari bildirib. O, həmçinin İsrail qüvvələrini qoruyan tankın vurulduğunu, nəticədə iki əsgərin həlak olduğunu qeyd edib.

Bu itkilərlə İsrailin Qəzzada öldürülən əsgərlərin sayının 219-a çatdığı bildirilir.

Leqal.info