Haitidə fövqəladə vəziyyət elan edilib.

Leqal.info xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Qeyd olunub ki, keçən həftəsonu baş vermiş hadisələr və getdikcə artan gərginlik fonunda, həbsxanalardan qaçan şəxslərin tapılması, kütləvi iğtişaşların təşkilatçılarını həbs etmək üçün 72 saat müddətinə fövqəladə vəziyyət elan olunub.

Xatırladaq ki, keçən şənbə günü silahlı qrupların üzvləri Haitinin Port-o-Prensdəki əsas həbsxanasına hücum edərək, orada ən azı 12 nəfəri öldürüb, 4000-ə yaxın məhbusu azad ediblər.

Dəstə liderləri həmin vaxt Keniyada səfərdə olan Baş nazir Ariel Henrini istefaya məcbur etmək istədiklərini bildiriblər. Hökumət rəhbərini devirmək istəyən silahlılar hazırda Port-o-Prensin təxminən 80 faizinə nəzarət edirlər.

Leqal.info