Türkiyədə ağır qəza olub.

Leqal.info Türkiyə mediasına istinadən xəbər verir ki, yerli vaxtla saat 10.30-da Tekirdağın Saray rayonunda yük maşını mikroavtobusla toqquşub.

Qəza nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Kamera görüntülərində yük maşınının sürücüsünün yolu qırmızı işıqda keçdiyi və yolu yaşıq işıqda keçən mikroavtobusa yandan çırpıldığı görünür.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info