Kürdəmirdə silahlı insident olub.

Leqal.info xəbər verir ki, hadisə gecə saatlarında rayonun Carlı kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Xalid Ələkbər oğlu Abdullayevlə, həmyerlisi, 1986-cı il təvəllüdlü Rüstəm Çingiz oğlu Məmmədov arasında mübahisə yaranıb. X. Abdullayev ov tüfəngi ilə R. Məmmədovu güllələyib.

R. Məmmədov ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info