Leqal.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" hesabında bildirib.
"Günahsız mülki şəxslər və tibb işçilərinin olduğu bir obyekti vurmaq üçün heç bir məntiqli səbəb mövcud deyil. Mülki infrastrukturun hədəf alınması beynəlxalq hüquqa ziddir.
Bu hadisə ilə bağlı bütün faktların hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb olunması vacibdir", - Şarl Mişel qeyd edib.
Bundan başqa, Aİ rəhbəri Qəzza zolağına humanitar yardımın dərhal çatdırılması üçün imkan yaradılmasına çağırış edib.
Leyla Kamil
Leqal.info