ABŞ Qəzzada müharibənin başa çatması üçün İsrail tərəfinə təzyiqləri artırmalıdır.

Leqal.info “Reuters“ə istinadən xəbər verir ki, bunu HAMAS-ın təmsilçisi Sami Əbu-Zühri bildirib.

O deyib ki, təmsil etdiyi təşkilat regionda vəziyyətin müzakirəsi üçün istənilən platforma çərçivəsində dialoqa hazırdır.

“ABŞ İsrail tərəfinə təzyiqləri artırsa, biz də müharibənin dayandırılmasına yönələcək istənilən təşəbbüslərə dəstək verəcəyik”, – Əl-Zühri vurğulayıb.

Leqal.info