Ramzan Kadırovun böyük oğlu Axmat Kadırov Çeçenistan Respublikasının gənclərlə iş üzrə naziri təyin edilib.

Leqal.info xəbər verir ki, bu barədə Çeçenistan parlamentinin rəhbəri Maqomed Daudov məlumat verib.

Məlumata görə, o, eyni zamanda rayonun ali mükafatına - respublikanın keçmiş rəhbəri olan babasının şərəfinə təsis edilmiş “Axmat Kadırov adına orden”ə də layiq görülüb.

Leqal.info