Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, 1999-cu il təvəllüdlü Lalə Süleymanova idarə etdiyi "BMW" markalı avtomobil yolun əks istiqamətindən gələn "VAZ-21011" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-21011" sürücüsü Asim Məmmədov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elvin Mahmudlu
Leqal.info