Quba rayonunun Talabıqışlaq kəndində fərdi yaşayış evində partlayış olub.

Leqal.info xəbər verir ki, partlayış nəticəsində həmin evdə yaşayan Humay Əliyeva və qızı Şükran Atayeva müxtəlif dərəcəli xəsarətlərlər alıb. Onlar Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

İlkin ehtimala əsasən, partlayış qaz cihazları ilə ehtiyatsız davranma səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info