Quba-Xaçmaz yolunun Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, "Hyundai" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan bir nəfər ölüb, sürücü ağır xəsarətlər alıb.

Leqal.info