Səhər saatlarında İsrail polisi pilotsuz uçuş aparatları vasitəsilə “Əl-Əqsa” məscidinə toplaşan dindarlara qarşı gözyaşardıcı qaz bombasından istifadə edib.

Leqal.info “Associated Press“ə istinadən xəbər verir ki, nəticədə onlarla insan zəhərlənib.

İsrail polisi faktı təsdiqləyərək bildirib ki, buna səbəb bir qrup şəxsin HAMAS lehinə şüarlar səsləndirməsi olub. Nəticədə ərazidə insan sıxlığı yaşanıb.

Müqavimət göstərən fələstinlilərdən səkkizi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Leqal.info