Türkiyə Qəzza sakinləri üçün ümumilikdə 45 min tondan artıq yardım göndərib.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı təbrikində bildirib.

“Biz Fələstin xalqının çətin anlarında onların yanında olduğumuzu göstərdik. İnşallah, bundan sonra Qəzzada axan qan dayanana və fələstinli qardaşlarımız 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinə qovuşana qədər dəstəyimizi davam etdirəcəyik”, - Ərdoğan vurğulayıb.

Leqal.info